“AQLizinq” QSC Azərbaycanda lizinq sektorunun inkişafına yönəlmiş və lizinq xidmətlərinin təbliği ilə bağlı daimi fəaliyyət aparır. Bu sahədə şirkətimiz artıq böyük təcrübə əldə etmişdir. Biz həmçinin Azərbaycan Lizinq Şirkətləri Assosiasiyasının üzvüyük. Ölkəmizdə lizinq fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı müxtəlif müzakirələrdə və dəyirmi masalarda “AQLizinq” QSC aktiv iştirak edir. Şirkətimiz yerli və beynəlxalq maliyyə qurumları ilə səmərəli əməkdaşlıq edir.
Hazırda “AQLizinq” QSC Azərbaycanda lizinq sektorunun ən fəal iştirakçılarından biridir.

